...

Ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə sənəd verənlərin yekun sayı açıqlandı

Cəmiyyət Materials 14 Avqust 2013 15:21 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi müsabiqəsində iştirak etmək istəyənlərin sayı açıqlanıb.
Ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə sənəd verənlərin yekun sayı açıqlandı

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi müsabiqəsində iştirak etmək istəyənlərin sayı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, magistraturaların boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 nəfər bakalavr elektron ərizəsini təsdiq edib. Onların 1399 nəfəri Azərbaycan, 140-ı isə rus bölməsi üzrə sənəd verib.

Müsabiqənin nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ilk mərhələsi martın 3-də, ikinci mərhələsi isə iyunun 23-də keçirilib. Magistraturaya qəbul olmuş 5765 bakalavrın 85,74 faizi, yəni 4943-ü qeydiyyatdan keçib. Bakalavrların 822 nəfəri tələb olunan müddətdə qeydiyyatdan keçmədiyi üçün bu, onların həmin bakalavrların magistraturada təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib və həmin yerlər də vakanat sayılıb.

Bu il magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti