...

Bakı Şəhər Ticarət və Xidmət Departamenti bağca müdirlərinə müraciət edib

Cəmiyyət Materials 27 Avqust 2013 12:17 (UTC +04:00)
Onun sözlərinə görə, uşaqlar da bu normalara əsasən, yedizdirilməlidir.
Bakı Şəhər Ticarət və Xidmət Departamenti bağca müdirlərinə müraciət edib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti bağca müdirlərinə müraciət edib. Trend-in məlumatına görə, departamentin direktor müavini İntizam Məmmədov "Təhsil və tərbiyə alanların sağlamlığının etibarlı qorunması və möhkəmləndirilməsində keyfiyyət amili" mövzusunda keçirilən praktiki konfransda çıxışı zamanı bildirib ki, uşaq müəssisələrində qidalanmanın normaları Nazirlər Kabineti tərəfindən müəyyən edilib.

Onun sözlərinə görə, uşaqlar da bu normalara əsasən, yedizdirilməlidir: "Mən bütün bağça müdirlərinə müraciət edirəm. Onlara səlahiyyət verilib ki, keyfiyyətsiz, xarab olma təhlükəsi olan, uşaq qidası üçün yararsız olan, mənşəyi məlum olmayan ərzaqı qəbul etməsinlər. Bu barədə BŞİH başçısının xüsusu sərəncamı var. Müəssisəni ərzaqla təchiz edən hər hansı bir müəssisə heç bir bağca müdirinə təzyiq göstərə bilməz. Hansı məhsulu qəbul edib-etməməsi məsələsi bağca müdirinin müstəsna səlahiyyətindədir. Bu, ona görədir ki, bağçalara yalnız və yalnız yüksək keyfiyyətli standartlara cavab verən məhsullar verilsin".

İ.Məmmədov bildirib ki, bağca müdirlərinə qidalanmanın təşkili il bağlı digər tapşırıq da verilib. Onun sözrinə görə, bağca müdirləri tez xarab olan ərzaqları 5 və ya 6 gündən çox müddətə götürməməlidirlər: "Məsələn, bağca yumurtanı yalnız 5 günlük götürə bilər. Müstəsna hallarda bu, 6 günlük qəbul edilə bilər. Bu da ona görə ki, ərzaq gəlməsə, 1 günlük ehtiyat məhsulu olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti