...

Daha 84 azərbaycanlı gəncin xaricdə oxumasına razılıq verildi

Cəmiyyət Materials 13 Sentyabr 2013 19:31 (UTC +04:00)
Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 84 namizəd barədə müsbət qərar qəbul olunub.
Daha 84 azərbaycanlı gəncin xaricdə oxumasına razılıq verildi

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 84 namizəd barədə müsbət qərar qəbul olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu günə qədər Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 315 namizəd barədə müsbət qərar qəbul edilib.

Nazirlik Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan gənclərin Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti