...

Regionlardakı gənclər üçün sosial ipotekanın təbliği ilə bağlı yeni proqram hazırlanır

Cəmiyyət Materials 14 Sentyabr 2013 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İzzət/

Gənclər üçün regionlarda sosial ipotekanın təbliği ilə bağlı yeni proqram hazırlanır. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazirin sözlərinə görə, regionlarda keçirilən görüşlərdə gənclərin yarısı məhz evsizlik problemindən şikayət ediblər: "Biz regionlarda gənclərlə çoxlu görüşlər keçiririk. Görüşlərin 50 faizində gənclər evsizlik problemini qaldırıblar. Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev tərəfindən bizə bununla bağlı tapşırıq verilib. Biz hazırda bölgələrdə sosial ipotekanın təbliği ilə bağlı hansı işlərin aparıla bilməsi proqramı və onun yeni modeli üzərində işləyirik".

Azad Rəhimov həmçinin qeyd edib ki, evsizliklə yanaşı, məşğulluq, asudə vaxtın təşkili və ictimai işlərdən kənarda qalma da gənclərin əsas problemləri sırasındadır.

Onun sözlərinə görə, hazırda bütün bu problemlərin həlli istiqamətdə işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti