...

Əbülfəs Qarayev: Əsas məsələ gənc nəsli kitabxanalara gətirməkdir

Cəmiyyət Materials 24 Sentyabr 2013 10:52 (UTC +04:00)
Bizim üçün əsas məsələ gənc nəsli kitabxanalara gətirməkdir. Buna nail olsaq, kitabxanalar növbəti əsrdə də yaşayacaqlar.
Əbülfəs Qarayev: Əsas məsələ gənc nəsli kitabxanalara gətirməkdir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bizim üçün əsas məsələ gənc nəsli kitabxanalara gətirməkdir. Buna nail olsaq, kitabxanalar növbəti əsrdə də yaşayacaq. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşündə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir hesab edir ki, Azərbaycan internetə giriş baxımından çox sərbəst ölkədır: "Əhali bütün xəbərləri, nailiyyətləri internetlə əldə edə bilir. Ancaq bununla belə, ölkədə kitab oxuyanların sayının, oxuculuq səviyyəsinin qaldırılması çox önəmidir. Bizim üçün əsas məsələ gənc nəsli kitabxanaları gətirməkdir. Buna nail olsaq, o zaman kitabxanalar növbəti əsrdə də yaşayacaq. Əgər nail olmasaq, onda gənclər diskotekalara üstünlük verəcəklər. Biz nəzərə almalıyıq ki, kitabsız heç bir ölkə irəli gedə bilməyəcək. Kitaba xüsusi mədəni məsələ kimi diqqət yetirilməlidir".

Demək olar ki, bütün ölkələrdə kitabxana sahəsində problemlərin eyni olduğunu deyən nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4000-dən çox kitabxana var.

O qeyd edib ki, Azərbaycanda kitabxana işinin daha yaxşı şəkildə qurulması üçün dövlət tərəfindən işlər görülür. Ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan klassiklərinin əsərləri latın qrafikalı əlifba ilə cap edilməli və bütün kitabxanalara paylanmalıdır: "Bu gün biz deyə bilərik ki, ölkənin hər bir regionunda böyük kitabxanalar rəqəmsal cihazlarla təmin edilib və şəbəkələrarası əlaqələr qurulub. İndi sıra kiçik kitabxanala gəlib çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti