...

Bu il ərzində Azərbaycanla Rusiya arasında turizm sahəsində saziş hazırlanacaq

Cəmiyyət Materials 2 Oktyabr 2013 11:26 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında bu il ərzində turizm sahəsində saziş hazırlanacaq
Bu il ərzində Azərbaycanla Rusiya arasında turizm sahəsində saziş hazırlanacaq

Azərbaycan, Bakı, 2 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycan və Rusiya arasında bu il ərzində turizm sahəsində saziş hazırlanacaq.

Trend-in məlumatına görə, bu barədə "2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq proqramı"na əsasən qəbul olunacaq sənəd Azərbaycan və Rusiya mədəniyyət və turizm, həmçinin Xarici İşlər nazirlikləri tərəfindən hazırlanacaq.

Əməkdaşlıq Proqramına əsasən, həmçinin 2015-ci ilədək iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş hazırlanacaq. Sənəd Azərbaycan tərəfdən Gənclər və İdman Nazirliyi, XİN, Rusiya tərəfdən Təhsil və Elm Nazirliyi, Gənclərlə iş üzrə Federal Agentlik və XİN tərəfindən hazırlanacaq.

Proqram çərçivəsində, həmçinin iki ölkə arasında idman və bədən tərbiyyəsi sahəsində əməkdaşlıq memorandumu hazırlanacaq, gənclər düşərgələrində istirahət üçün gənclər qruplarının mübadiləsi təmin olunacaq.

Qeyd edək ki, əməkdaşlıq proqramı bu il avqustun 13-də Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında imzalanıb. Sənəd Milli Məclisin payız sessiyasının ilk plenar iclasında ratifikasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti