...

"Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması, inkişafı və perspektivləri)" adlı yeni kitabın təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2013 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) müəlliflərinin Fərhad Məmmədov və Tahirə Allahyarova, elmi redaktor və ön söz müəllifinin siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun olduğu "Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması, inkişafı və perspektivləri)" adlı yeni kitabın təqdimatını keçirib.

SAM-dan Trend-ə verilən məlumata görə, tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açıb. Daha sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm Tədris Mərkəzinin rəhbəri Elman Hüseynov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun rəhbəri Vilayət Vəliyev, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Eldar İsmayılov, Azərbaycan Dövlət İqtisad Unversitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun rəhbəri Rasim Həsənov, Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdir müavini, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hatəm Cabbarlı məruzələrlə çıxış ediblər.

Bu nəşrdə Strateji Araşdırmalar Mərkəzinin apardığı və Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin, ölkənin mövcud "beyin potensialı"nın reallığı haqqında aydın mənzərənin yaradılmasına imkan verən tədqiqatın nəticələri ictimaiyyətə təqdim edilib.

Kitabda beş fəsildə "Araşdırma və Beyin Mərkəzi institutu: yaranması və inkişafının tədqiqi məsələləri"; "Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin qiymətləndirmə metodologiyası və meyarları (Qlobal "beyin mərkəzi" reytinqi, Regional səviyyəli, Lokal (milli) səviyyəli reytinqlər); "ABM-lərin fəaliyyətinin dəyərləndirilməsinin meyarları"; "Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin ümumi mənzərəsi: yaranması, xüsusiyyətləri, təsnifatı, statusu və perspektivləri"; "Azərbaycanda qeyri-dövlət yönlü Araşdırma və Beyin Mərkəzlərinin vəziyyəti və fəaliyyət istiqamətləri, maliyyə, kadr, təşkilati və intellektual resursları"; "Yekunlar. Tövsiyələrin gələcəyi: mümkün ssenarilər və proqnozlar" kimi aktual mövzular təhlil edilib.

Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinə həsr edilmiş fəsildə: "Azərbaycanda ABM-lərinin tipologiyası və təsnifatının verilməsinə cəhd edilmiş, dövlətyönlü universitetlərin və partiyaların nəzdində fəaliyyət göstərən ABM-lər, Azərbaycanda qeyri-dövlətyönlü Araşdırma və Beyin Mərkəzləri, ictimai-siyasi, sosial-iqtisadi sahədə fəaliyyət göstərən mərkəzlər, regional prosesləri təhlil edən, təhlükəsizlik və hərbi sahədə və nəhayət, ekoloji sahədə fəaliyyət göstərən ABM-ləri haqqında araşdırmanın nəticələri barədə məlumat verilib.

Kitabın əsas məqsədi, ölkəmizdə elmə və biliyə əsaslanan cəmiyyətin qurulması, analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması kimi tələbata cavab olaraq bu sahədə mövcud olan qurumlara dair cəmiyyətdə adekvat təsəvvürlərin olmasını təmin etməyə xidmət etməkdir.

Kitab bəhs edilən auditoriya, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti