...

Azərbaycan Gənclər Fondu Litvada "Şərq Tərəfdaşlığı" ölkələrinin Gənclər Forumunda təmsil olunub (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2013 16:27 (UTC +04:00)
Beynəlxalq Gənclər Əməkdaşlığı üzrə Agentlik, Litva Xarici İşlər Nazirliyi və Sosial Müdafiə və Əmək Nazirliyi tərəfindən təşkil olunmuş "Şərq Tərəfdaşlığı" ölkələrinin Gənclər Forumu 22-25 oktyabr 2013-ci il tarixlərində Litvanın Kaunas şəhərində keçirilib.
Azərbaycan Gənclər Fondu Litvada "Şərq Tərəfdaşlığı" ölkələrinin Gənclər Forumunda təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Beynəlxalq Gənclər Əməkdaşlığı üzrə Agentlik, Litva Xarici İşlər Nazirliyi və Sosial Müdafiə və Əmək Nazirliyi tərəfindən təşkil olunmuş "Şərq Tərəfdaşlığı" ölkələrinin Gənclər Forumu 22-25 oktyabr 2013-ci il tarixlərində Litvanın Kaunas şəhərində keçirilib.

Tədbirdə "Şərq Tərəfdaşlığı" ölkələri, eləcə də Avropa ölkələrindən 200-ə yaxın gənc, gənclər sahəsində çalışan mütəxəssis və tədqiqatçılar, səlahiyyətli nümayəndələr iştirak ediblər. Forumun əsas məqsədi "Şərq Tərəfdaşlığı" ölkələri və "Gənclər fəaliyyətdə" programının üzv ölkələri arasında gənclər sahəsində həyata keçirilən qeyri-formal təhsilin tanınması mövzusunda təcrübə və fikir mübadiləsi aparmaq, qeyri-formal təhsilin keyfiyyətini və göstəriciliyini artırmaqdan ibarət idi.

Forumda Azərbaycanı qeyri-hökumət təşkilatlarının nümayəndələri və Azərbaycan Gənclər Fondunun nümayəndəsi Lalə Rzayeva təmsil edib. Nümayəndələr ölkəmizdə gənclər sahəsində olan müsbət dəyişikliklər və nailiyyətlər haqqında məlumat verib və təcrübə mübadiləsi aparıblar. Forumda qeyri-formal təhsilin tanınması, qeyri-formal təhsilin keyfiyyətinin və göstərici səviyyəsinin yüksəldilməsi mövzusunda paralel işçi qruplar keçirilib. Qeyri-formal təhsilin göstəricisi mövzusunda təşkil olunmuş qrup sessiyasında Azərbaycan Gənclər Fondunun əməkdaşı L.Rzayeva moderator kimi iştirak edib.

Forumda müxtəlif mövzular üzrə qrup müzakirələri təşkil olunub. Müzakirələrdə Azərbaycan Gənclər Fondu haqqında məlumat, fəaliyyətini əks etdirən foto və videoçarxlar forum iştirakçılaırna təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti