...

Gəncə gəncləri Bayraq gününü xüsusi qiymətləndirir

Cəmiyyət Materials 12 Noyabr 2013 16:00 (UTC +04:00)
9 noyabr - Bayraq Günü münasibətilə Gəncə gəncləri "İrəli" İctimai Birliyinin təşəbbüsü və Gəncə Dövlət Universitetinin dəstəyi ilə "Hərəyə bir bayraq" adlı aksiya keçirib.
Gəncə gəncləri Bayraq gününü xüsusi qiymətləndirir

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

9 noyabr - Bayraq Günü münasibətilə Gəncə gəncləri "İrəli" İctimai Birliyinin təşəbbüsü və Gəncə Dövlət Universitetinin dəstəyi ilə "Hərəyə bir bayraq" adlı aksiya keçirib.

"İrəli" İctimai Birliyindən Trend-ə verilən məlumata görə, aksiya Gəncə şəhərinin Bayraq meydanından başlayıb və Cavadxan küçəsində və Heydər Əliyev meydanında davam etdirilib.

Aksiyanın keçirilməsində məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, vövlət bayrağına sevgi və hörmətin aşılanmasıdır.

Aksiyada Gəncə Dövlət Universitetinin tələbələri tərəfindən əhaliyə bayraqlar paylanaraq bayraq gününün yaranma tarixi haqında məlumat verilib. Aksiyadan sonra flashmob keçirilib.

Sonda gənclər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər və aksiyaya yekun vurulub.

Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universiteti belə bir aksiyanın keçirilməsi ideyasını dəstəkləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti