...

Müxalifət: İstanbuldakı Ayasofya muzeyi məscid olmalıdır

Cəmiyyət Materials 18 Noyabr 2013 09:58 (UTC +04:00)
İstanbuldakı Ayasofya muzeyi məscid kimi fəaliyyət göstərməlidir.
Müxalifət: İstanbuldakı Ayasofya muzeyi məscid olmalıdır

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir R.Hafizoğlu/

İstanbuldakı Ayasofya muzeyi məscid kimi fəaliyyət göstərməlidir.

Trend-in bazar ertəsi "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, ölkə parlamentinin deputatı Yusif Halaçoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyədə elə qüvvələr var ki, onlar Ayasofya muzeyinin məscid kimi fəaliyyət göstərməsini istəmirlər.

Bir müddət əvvəl Yusif Halaçoğlu Ayasofya muzeyinə məscid statusunun qaytarılması təklifi ilə çıxış etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti