...

Azərbaycanda nəzarət edən şəxslərə sərnişin daşıyıcılarını daşımalardan kənarlaşdırmaq hüququ verildi

Cəmiyyət Materials 11 Dekabr 2013 17:29 (UTC +04:00)
Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib və qərar artıq qüvvəyə minib.
Azərbaycanda nəzarət edən şəxslərə sərnişin daşıyıcılarını daşımalardan kənarlaşdırmaq hüququ verildi

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İzzət/

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib və qərar artıq qüvvəyə minib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 16.10-cu bəndinə edilən dəyişikliklərə görə, aşağıda göstərilən hallarda nəzarət edən şəxsin tərtib etdiyi akt əsasında daşıyıcını xəbərdar etmək və ya daşımalardan kənarlaşdırmaq hüququ var:

16.10.1. bu Qaydaların 11.3-cü bəndi ilə müəyyən edilmiş vəzifələr və ya sərnişin daşımalarına dair bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə;

16.10.2. sərnişin daşınması şərtləri pozulduqda, sərnişinlərin həyat və sağlamlığına zərər vurulduqda;

16.10.3. bu Qaydaların və sərnişin daşımaları sahəsində digər normativ hüquqi aktların tələbləri mütəmadi olaraq yerinə yetirilmədikdə;

16.10.4. mülki məsuliyyətin və sərnişinlərin icbari sığortasına dair tələblər pozulduqda;

16.10.5. bu Qaydaların 3.5.1-ci və 3.5.2-ci yarımbəndlərində nəzərdə tutulan sənədlərin olmaması səbəbindən nəzarət edən şəxs dövlət nəzarəti tədbirlərini həyata keçirə bilmədikdə.

Qeyd edək ki, dəyişiklikdən əvvəl nəzarət edən şəxslərə belə bir hüquq verilirdi. Lakin bu, məcburi xarakter daşımırdı.

Bununla yanaşı, qərara əsasən, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın əvvəlki redaksiyada olan "müntəzəm marşrutlar üzrə sərnişin daşımalarında mütəmadi olaraq hərəkət cədvəlindən normativdən artıq kənaraçıxmalara yol verdikdə, habelə hərəkət sxeminə riayət etmədikdə" məzmunlu 16.10.4-cü bəndi ümumiyyətlə Qaydalardan çıxarılıb.

Əvəzində Qaydalara aşağıdakı məzmunda 16.11-ci bənd əlavə edilib: "Daşıyıcıya məxsus avtonəqliyyat vasitəsi xüsusi texniki vasitələr tətbiq edilməklə daşımalardan kənarlaşdırıldıqda, onun qorunub saxlanılması Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumları tərəfindən təmin edilir.".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti