...

ADA-da beynəlxalq təhsil konfransı keçiriləcək

Cəmiyyət Materials 4 Yanvar 2014 13:30 (UTC +04:00)
Yanvarın 6-7-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Təfəkkür, cəmiyyət və transformativ təhsil" mövzusunda konfrans keçiriləcək.
ADA-da beynəlxalq təhsil konfransı keçiriləcək

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 6-7-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Təfəkkür, cəmiyyət və transformativ təhsil" mövzusunda konfrans keçiriləcək.

ADA-dan Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi ilə birgə təşkil olunacaq konfransda Harvard Universitetinin sabiq əməkdaşı, professor Eleanor Dakvort da daxil olmaqla dünyanın tanınmış təhsil mütəxəssisləri, 70-dək orta məktəb direktoru, tanınmış pedaqoqlar iştirak edəcəklər.

Konfransın açılışında ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, tədris işləri üzrə prorektor Patrik Kvin, Eleanor Dakvort, iş adamı və xeyriyyəçi Taher Gozel "Təhsil, tədris və məktəblərə yeni baxış" mövzusunda çıxış edəcəklər.

Tədbirdə, həmçinin ABŞ-ın İllinoys Universitetinin professoru Uilliam Ayers, Böyük Britaniyanın Uinçester Universitetinin professoru Simon Boksli və başqaları təhsil və tədrisə müasir və innovativ yanaşma, cəmiyyət, gənclik, kurikulumun və təhsil siyasətinin formalaşdırılması, tələbələrin yaradıcı və tənqidi keyfiyyətlərinin inkişaf etdirilməsi və s. mövzularda çıxış edəcək, iştirakçıların suallarını cavablandıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti