Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/
Bakıda Yusif Səfərov küçəsindən Babək prospektinə gedən istiqamətdə köməkçı yolda ("Bazarstore" marketin yanı) nəqliyyat vasitələrinin düzgün parklanmaması tıxaclara səbəb olur. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
P.Mürsəliyev deyib ki, həmin ərazidə dayanma, durma və parklanmanı qadağan edən nişanın olmasına baxmayaraq, bəzi sürücülər buna əməl etmir. Bu da həm yol ötürücüsü, həm də köməkçi yoldan Babək prospekti istiqamətinə gedən avtomobillərin hərəkətində maneələr yaradır.
P.Mürsəliyev hesab edir ki, həmin ərazidə ofislər və yaşayış üçün çoxmərtəbəli binalar inşa edilərkən avtomobil dayanacaqları da tikilməli idi.
Bakının əsas yollarından birində tıxac yaranmasının səbəbi (VİDEO)
Video Player