...

Müdafiə Nazirliyi keçmiş idarə rəisi ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Cəmiyyət Materials 11 Yanvar 2014 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İzzət/

Ötən ilin dekabr ayının sonlarında vəzifəsindən azad edilən Müdafiə Nazirliyinin Rabitə İdarəsinin keçmiş rəisi general-mayor Fazil Aşumov hələlik heç bir vəzifəyə təyin olunmayıb.

Bu barədə Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən verilən məlumata görə, kütləvi informasiya vasitələrində F.Aşumovun əvvəlcə Şəmkirdəki hərbi hissələrin birinə aşağı vəzifəyə göndərilməsi, daha sonra isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun rabitə rəisi təyin olunması haqqında yayılan xəbərlər həqiqətəuyğun deyil, o, hazırda sərəncamdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti