...

Bakıda keçiriləcək II "Global Shared Societies" Forumuna hazırlıq işləri müzakirə olunub

Cəmiyyət Materials 25 Yanvar 2014 09:44 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bolqarıstanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü Petar Stoyanov tərəfindən aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II "Global Shared Societies" Forumuna hazırlıq üzrə müzakirələr təşkil olunub.
Bakıda keçiriləcək II "Global Shared Societies" Forumuna hazırlıq işləri müzakirə olunub

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bolqarıstanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü Petar Stoyanov tərəfindən aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II "Global Shared Societies" Forumuna hazırlıq üzrə müzakirələr təşkil olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bütün dünyanı narahat edən Minilliyin İnkişaf Proqramının ilkin öhdəliklərinin 2015-ci ildə yekunlaşması və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun bu problemi müzakirə mövzusu olaraq götürməsi BMT-nin 2015-ci il Forumuna hazırlıq mərhələsində ən nüfuzlu və önəmli tədbir sayıla bilər.

Belə ki, Forumda ilkin olaraq dünyanın 50-dən çox ölkəsindən 60-a yaxın sabiq və cari dövlət və hökumət başçısının, o cümlədən dünyanın tanınmış ictimai və elm xadimlərinin, Nobel mükafatçılarının qatılması nəzərdə tutulub.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun təşkilatçılığı, o cümlədən, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər nüfuzlu təşkilatların birgə fəaliyyəti ilə reallaşacaq.

Forum çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VI İdarə Heyətinin toplantısı və I Baş Assambleyası (25 sabiq prezidentin daxil olduğu Birlik), Madrid Klubunun İdarə Heyətinin toplantısı, Mərkəzlə VII Koordinasiya toplantısı, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə I Koordinasiya toplantısının keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti