...

Azərbaycan yol polisi: Ötən gün yol qəzaları zamanı 3 nəfər ölüb

Cəmiyyət Materials 4 Fevral 2014 12:34 (UTC +04:00)
Fevralın 3-də respublika ərazisində 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən hadisələr nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Azərbaycan yol polisi: Ötən gün yol qəzaları zamanı 3 nəfər ölüb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Fevralın 3-də respublika ərazisində 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən hadisələr nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, hazırda respublikanın bəzi bölgələrində qarlı və şaxtalı havanın müşahidə edilməsinə baxmayaraq, magistral yollar avtomobillərin hərəkəti üçün tam açıqdır.

İnspektor bəzi yollarda buzlaşmanın olduğunu qeyd edib: "Hazırda Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Lənkəran-Lerik, Masallı-Yardımlı yollarında buzlaşma var. Bununla yanaşı, həmin yollarda hərəkət də var. Ona görə də adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərə diqqətli olmağı, sürət həddini yolun vəziyyətini və hava şəraitini nəzərə alaraq seçmələrini tövsiyə edirik".

Qeyd edək ki, ölkə ərazisində yanvarın 30-dan başlayan şaxtalı, qarlı hava şəraitinin bu həftənin sonunadək davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti