...

Türkiyə Mülki Aviasiyasının işçiləri alkoqol və narkotik vasitələr üzrə yoxlamadan keçəcəklər

Cəmiyyət Materials 6 Fevral 2014 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Mülki Aviasiyasının işçiləri alkoqol içkilər və narkotik vasitələr üzrə yoxlamadan keçəcəklər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Mülki Aviasiyanın rəhbəri Bilal Ekşi deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində mülki aviasiyanın heyət üzvlərinin yoxlanılması təcrübəsi mövcuddur.

B.Ekşi bildirib ki, alkoqol və narkotik vasitələr üzrə yoxlamalara bu ayın sonundan başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti