...

Azərbaycanda uşaq hüquqlarının tədris edildiyi məktəblərin sayı artrılıb

Cəmiyyət Materials 15 Fevral 2014 10:54 (UTC +04:00)
Ombudsmanın təşəbbüsü ilə uşaq hüquqlarının pilləli tədrisi bu il də davam etdiriləcək.
Azərbaycanda uşaq hüquqlarının tədris edildiyi məktəblərin sayı artrılıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Ombudsmanın təşəbbüsü ilə uşaq hüquqlarının pilləli tədrisi bu il də davam etdiriləcək.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, artıq beşinci tədris ilidir ki, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta ümumtəhsil məktəblərində uşaq hüquqları sahəsində "Həmyaşıddan-həmyaşıda" pilləli tədris proqramı uğurla həyata keçirilir. 2014-cü ilin fevral ayının əvvəlindən başlayaraq, Bakı şəhərinin hər rayonu üzrə bir, respublikamızın Xızı, Siyəzən, İsmayıllı, Oğuz, Lənkəran, Salyan, Goranboy, Tovuz rayonlarının hərəsindən daha üç orta ümumtəhsil məktəbində uşaq hüquqlarının pilləli tədrisi həyata keçirilir.

Ombudsman Aparatında bu məqsədlə yaradılmış və səmərəli fəaliyyət göstərən hüquqi maarifləndirmə qrupunun əməkdaşları adıçəkilən layihə çərçivəsində şagirdlərə uşaq hüquqlarını tədris edirlər. Proqram çərçivəsində məktəblərdə seçilmiş uşaqlar sərbəst şəkildə özlərindən bir pillə aşağı siniflərdə təhsil alanlar üçün uşaq hüquqlarına dair treninqlər keçirir, Müvəkkilin nümayəndələrindən bu sahədə öyrəndikləri bilgiləri həmyaşıdlarına aşılayırlar.

Gələcəkdə bu layihənin respublikamızın bütün orta ümumtəhsil məktəblərində təbliğ edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti