...

Bakıda və Abşeronda sürüşmə zonalarında görüləcək işlərin planı açıqlanıb

Cəmiyyət Materials 5 Mart 2014 14:10 (UTC +04:00)
Bayıl yamacı, Əhmədli massivi və Masazır qəsəbəsində sürüşmə prosesinin qarşısının alınması üçün bir sıra işlər görülməsi nəzərdə tutulur.
Bakıda və Abşeronda sürüşmə zonalarında görüləcək işlərin planı açıqlanıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/

Bayıl yamacı, Əhmədli massivi və Masazır qəsəbəsində sürüşmə prosesinin qarşısının alınması üçün bir sıra işlər görülməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hökumətin hesabatında bildirilir ki, Bayıl yamacında sürüşmə prosesinin qarşısının alınması istiqamətində davam etdirilən tədbirlər sayəsində son 3 ay ərzində sürüşmə sahəsində yeraltı suların səviyyəsi 55 sm enib. Kompleks tədbirlərin növbəti mərhələsində dayanıqlıq faktorunun daha da artırılması, sürüşən kütlənin vəhdətliyinin pozulması və yüklərin tarazlığının bərabər paylanmasını təmin etmək məqsədi ilə svaylardan ibarət istinad divarı yaradılacaq. Hazırda sürüşmə sahəsində 55 svay vurulub və daha 55 svayın vurulması nəzərdə tutulub.

Bakının Xətai rayonundakı Əhmədli massivində baş vermis sürüşmə prosesinin səbəblərinin araşdırılması, geoloji, mühəndis-geoloji, topoqrafık parametrlərin dəqiqləşdirilməsi, sürüşməyə qarşı kompleks müdafiə tədbirlərinin hazırlanması və yerinə yetirilməsi məqsədi ilə isə ərazidə tədqiqatlar aparılıb və hazırda qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir.

Bundan əlavə, Abşeron rayonunun Masazır qəsəbəsində Nazim Əsədov küçəsi ilə Qır gölü arasındakı maili yamacda baş vermis sürüşmə prosesini stabilləşdirmək məqsədi ilə 45 metr uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarı inşa edilib.

Aparılmış mühəndis tədbirləri nəticəsində sürüşmə sahəsində nisbi stabillik mövcud olduğu halda, şimal-şərq və cənub-qərb istiqamətlərində yeni sürüşmə sahələrinin formalaşması müəyyən edilib və hazırda müdafiə tədbirlərinin yerinə yetirilməsi üçün layihə hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti