...

Eynulla Fətullayev: Sələfilik və nurçuluq Azərbaycan dövləti üçün təhlükədir

Cəmiyyət Materials 7 Mart 2014 14:56 (UTC +04:00)
Sələfilik və nurçuluq Azərbaycan dövləti üçün təhlükədir. Trend-in məlumatına görə, bu barədə Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı deyib.
Eynulla Fətullayev: Sələfilik və nurçuluq Azərbaycan dövləti üçün təhlükədir

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Sələfilik və nurçuluq Azərbaycan dövləti üçün təhlükədir. Trend-in məlumatına görə, bu barədə Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, sələfilik bizə tamamilə yaddır: "Nurçuluq da bizə tamamilə yad ideoloji cərəyandır. Türkiyə üçün də bu cərəyan yaddır və getdikcə bunu dərk edirlər. Bu, əslində siyasi firqədir. Mən mətbuatda bununla bağlı yazıları təqdir edirəm. Azərbaycan dövlətinin əsasını sarsıdacaq ideologiyaya, nurçuluğa yer olmamalıdır. Bu məsələlər Azərbaycan hökuməti tərəfindən təhlil olunmalı və müvafiq qərar verilməlidir".

E.Fətullayev qeyd edib ki, Türkiyədə olan zaman Baş nazirin köməkçiləri ilə görüşdə Türkiyəni fəlakət gözlədiyini deyib.

Bir zamanlar ona Milli Məclisin komitə rəhbərlərindən birinin Fətullah Gülənlə fotosunu verildiyini diqqətə çatdıran E.Fətullayev deyib ki, 2007-ci ildə Gülər Əhmədova Milli Məclisin komitə rəhbərlərinin birinin Fətullah Gülənlə fotosunu ona gətirib: "O zaman real təhlükə olmadığı üçün onu yayımlamadım. Ancaq indi potensial təhlükə var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti