...

Qəzet: Türkiyədə etiraz aksiyalarının bərpa edilməsi gözlənilir

Cəmiyyət Materials 12 Mart 2014 13:46 (UTC +04:00)
Türkiyədə 14 yaşlı Bəkir Elvanın ölümü ilə əlaqədar etiraz aksiyalarının bərpa edilməsi gözlənilir.
Qəzet: Türkiyədə etiraz aksiyalarının bərpa edilməsi gözlənilir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə 14 yaşlı Berkin Elvanın ölümü ilə əlaqədar etiraz aksiyalarının bərpa edilməsi gözlənilir. Trend-in çərşənbə günü "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, B.Elvan ötən ilin mayında Taksim meydanında mitinq zamanı başından yaralanmışdı.

Ötən gecə Türkiyənin 32 şəhərində B.Elvanın ölümü ilə bağlı kütləvi etiraz aksiyaları keçirilmişdi.

Bütün bu vaxt ərzində komada olan 14 yaşlı yeniyetmə çərşənbə axşamı dünyasını dəyişib. O, polisin açdığı atəş nəticəsində yaralanmışdı.

Dünən polis nümayişçiləri dağıtsa da, hazırda İstanbulda barrikadalar qurulur. Ən irimiqyaslı aksiyalar İstanbul və Ankarada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti