...

Bakı Metropoliteni Əhmədli stansiyasında yaranan problemə aydınlıq gətirdi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 Aprel 2014 13:31 (UTC +04:00)
Bakı Metropoliteninin Əhmədli stansiyasında günorta saatlarında sərnişinlər arasında təşviş yaşanıb.
Bakı Metropoliteni Əhmədli stansiyasında yaranan problemə aydınlıq gətirdi (ƏLAVƏ OLUNUB)

İlk xəbər 13:09-da yayılıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteninin Əhmədli stansiyasında günorta saatlarında sərnişinlər arasında təşviş yaşanıb. Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qatar tuneldə olarkən texniki nasazlıq yaranıb.

Bakı Metropolitenindən Trend-ə Əhmədli stansiyasında problemin yarandığını təsdiqləyiblər.

Məlumata görə, avtomatik idarəetmə sistemində baş verən nasazlığa görə qatar 7 dəqiqə tuneldə qalıb.

Problem aradan qaldırılıb, qatarların hərəkəti bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti