...

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib

Cəmiyyət Materials 23 Aprel 2014 12:56 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib.

Trend-in verdiyi məlumata görə, A.Rəhimov bu gün keçirilən mətbuat konfransında "nurçular"la heç bir əlaqəsinin olmadığını bildirib: "Nurçuluq" nədir, heç mən onu bilmirəm. Onu mənə başa salsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur".

Nazir Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı tikilən obyektlərə görə ağacların kəsilməsini də düzgün saymayıb: "Bunu deyənlər, yazanlar sanki Bakıda yaşamırlar. Çünki gəlin bir nəzər salaq. Bakıda olan bəzi tikililər var ki, orada ağaclar təmir işlərinə görə kəsilir və yenidən əkilir. Hansı tikiliyə görə ağac kəsilib ki? Ona görə də təklif edirəm ki, nəyisə yazmazdan öncə bir təhlil etmək lazımdır. Düşünürəm ki, bunu yaymaqla ya qərəzli mövqe nümayiş etdirirlər, ya da qeyri-peşəkar jurnalistlər bunu yazırlar".

A.Rəhimovun sözlərinə görə, gənclərin ictimai fəallığının yüksəlməsi üçün gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının sayı artmalıdır.

Nazir deyib ki, 10 il ərzində gənclər təşkilatlarının sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son il ərzində xüsusilə rayonlarda gənclər QHT-lərinin sayında artım nəzərə çarpır.

A.Rəhimov bildirib ki, ötən il gənclər təşkilatlarına 137 layihə üçün 5.540.991,40 manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti