...

Allahşükür Paşazadə müasir dönəmdə radikallıq və ekstremizm təzahürlərindən danışdı

Cəmiyyət Materials 8 May 2014 17:07 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 8-də Küveytin vəqflər nazirinin birinci müavini doktor Adel əl-Fəlahı qəbul edib.
Allahşükür Paşazadə müasir dönəmdə radikallıq və ekstremizm təzahürlərindən danışdı

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 8-də Küveytin vəqflər nazirinin birinci müavini doktor Adel əl-Fəlahı qəbul edib.

İdarənin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, A.Paşazadə əl-Fəlahın Azərbaycan və Küveyt xalqları arasında mənəvi əlaqələrin dərinləşməsində oynadığı rolu yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Görüşdə xalqlarımız arasında dini-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlər xatırlanıb, gələcək üçün yeni təkliflər müzakirə olunub. QMİ sədri xüsusi vurğulayıb ki, müasir dönəmdə radikallıq və ekstremizm təzahürlərinin aradan qaldırılmasının prioritet əhəmiyyət kəsb etməsini nəzərə alsaq, Adel əl-Fəlahın təbliğ etdiyi vəsətiyyə, yəni mötədil İslam xətti böyük önəm kəsb edir.

Şeyxülislam qonağın Azərbaycanda dəfələrlə olduğunu, xalqımızın ümummilli lideri Heydər Əliyevin irsinə böyük dəyər verdiyini, "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda araşdırmanın müəllifi olduğunu, Bakıda dinlərarası dialoq və multikulturalizm mövzularında keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlarda fəal iştirakını xatırladıb. O, ümidvar olduğunu bildirib ki, dr. Adel əl-Fəlah bundan sonra da İslami dəyərlərin ümumbəşəri mənafelər naminə təbliği və təşviqi, xalqlar arasında mehriban qonşuluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində dəyərli səylərini davam etdirəcəkdir.

Küveytli qonaq isə QMİ sədrinin qardaş Küveyt-Azərbaycan xalqları arasında mənəvi əlaqələrin inkişafına, nəinki MDB məkanında, bütövlükdə beynəlxalq müstəvidə dinlərarası dialoq işinə böyük töhfələr verdiyini xüsusi vurğulayıb və bu istiqamətdə səylərə bundan sonra da hər zaman dəstək verəcəyini deyib.

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti