...

Yaxın müddətdə regionlarındakı müəllimlərin sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur

Cəmiyyət Materials 12 May 2014 14:08
Yaxın müddət ərzində ölkənin regionlarındakı orta məktəblərdə işləyən müəllimlərin də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur.
Yaxın müddətdə regionlarındakı müəllimlərin sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İsabalayeva/

Yaxın müddət ərzində ölkənin regionlarındakı orta məktəblərdə işləyən müəllimlərin də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Trend xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri, Bakı Şəhəri Təhsil İdarəsi (BŞTİ) müdirinin müavini Elnur Әliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Sınaq qiymətləndirməsinin attestasiyadan fərqləndiyini xatırladan E.Әliyev bildirib ki, attestasiyadan keçməyənlər sistemdən kənarlaşdırılırlar. Amma sınaq qiymətləndirmədə belə hal olmur: "Sınaq qiymətləndirmənin nəticəsi diaqnostik xarakter daşıyır. Müəllim suallara cavab verə bilməyəcəyi və ya zəif cavab verə biləcəyi halda bu, onun üçün heç bir risk yaratmayacaq. Sınaq qiymətləndirmənin nəticəsi müəllimlərin səviyyəsini müəyynləşdirmək və bunun əsasında onlar üçün inkişaf planı hazırlamaqdır".

E.Әliyev bildirib ki, sınaq qiymətləndirmədən sonra əmək fəaliyyətinin optimallaşdırılması nəzərdə tutulur. Sınaq qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin ilkin mərhələdə mükafatlandırılması planlaşdırılır. Onun sözlərinə görə, ətraflı təhlil aparıldıqdan sonra müəllimlərin əməkhaqlarının nə dərəcədə artırılmasından söhbət gedə bilər.

BŞTİ-nin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva bildirib ki, Bakı məktəblərində daimi müəllim vəzifəsində işləyən müəllimlər, analıq məzuniyyətində olan müəllimin əvəzinə müqavilə ilə işləyən müəllimlər sınaq qiymətləndirmədə iştirak edəcəklər. Sınaq qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birlikləri rəhbərləri və sosial məzuniyyətdə olan və əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəklər.

E.Әliyev qeyd edib ki, sınaq qiymətləndirmədə müəllimlərə təqdim ediləcək sualllar mövcud proqrama uyğun olacaq və daha çox məntiqi təfəkkürə əsaslanacaq.

Təhsil eksperti Asif Cahangirov isə qeyd edib ki, məktəb direktorları və direktor müavinləri Bakıda keçiriləcək sınaq qiymətləndirməsində təşkilatçı kimi çıxış edəcəklər. Amma növbəti mərhələlərdə onların da fəaliyyəti hansısa sınaq yolu ilə qiymətləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti