...

Bakının bəzi yerlərinə sutka yarım su verilməyəcək

Cəmiyyət Materials 19 May 2014 17:19 (UTC +04:00)
Bakının bir sıra qəsəbələrində içməli suyun verilməsinə məhdudiyyətlər qoyulacaq.
Bakının bəzi yerlərinə sutka yarım su verilməyəcək

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Bakının bir sıra qəsəbələrində içməli suyun verilməsinə məhdudiyyətlər qoyulacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yeri dəyişdiriləcək.

Bununla əlaqədar mayın 20-də saat 00:00-dan Bakının Qaradağ rayonunun Şıxlar və Qobustan qəsəbələrinə içməli suyun verilməsi 36 saat müddətinə dayandırılacaq. Bu müddətdə Qaradağ rayonunun Səngəçal, Səbail rayonunun Badamdar, Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti