...

NİDA-çı gənc "siyasi məhbus" adlandırılmasına etiraz edir

Cəmiyyət Materials 2 İyun 2014 14:11 (UTC +04:00)
Məhkum Bəxtiyar Quliyev KİV-ə bəyanat ünvanlayıb.
NİDA-çı gənc "siyasi məhbus" adlandırılmasına etiraz edir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/

Məhkum Bəxtiyar Quliyev KİV-ə bəyanat ünvanlayıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Bəxtiyar Səməndər oğlu cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.

Müraciətdə məhkum B.Quliyev təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını qeyd edib və özünün "siyasi məhbus" adlandırılmasına qəti etirazını bildirib.

Məhkum B.Quliyev Azərbaycan Prezidenti İlham Əliyevə də müraciət edib.

Qeyd edək ki, "NİDA" Vətəndaş Hərəkatının üzvlərindən olan məhkum B.Quliyev bu ilin martın 7-də digər NİDA-çılar - Məhəmməd Əzizov və Şahin Novruzovla birlikdə həbs edilib. Onların mənzillərində axtarış zamanı içi maye dolu butulka və narkotik vasitələrin tapıldığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti