...

"Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasının növbəti aksiyası Burkina Fasoda keçirilib (FOTO)

Cəmiyyət Materials 4 İyun 2014 16:34 (UTC +04:00)
Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasının növbəti aksiyasını keçirib.
"Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasının növbəti aksiyası Burkina Fasoda keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasının növbəti aksiyasını keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən aksiya Burkina Fasonun paytaxtı Uaqaduqu şəhərində 14-cü dəfə baş tutub.

Humanitar aksiya zamanı görmə qabiliyyətində problemlər olan 2200 insan ödənişsiz əsasda müayinədən keçirilib, 460 nəfərin gözlərində cərrahi əməliyyatlar aparılıb, görmə qabiliyyətləri bərpa edilərək onların yenidən normal həyata qayıtmaları üçün imkan yaradılıb.

2012-ci ilin dekabr ayından etibarən AIDA-nın iştirakı ilə həyata keçirilən bu humanitar kampaniyada İslam Əməkdaşlıq Təşkilatına üzv olan 9 Afrika ölkəsində 10 mindən artıq insanın görmə qabiliyyəti bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti