...

Bakı Metropoliteninin "Dərnəgül" Elektrik Deposunda əsaslı tikinti işlərinə hazırlıq gedir

Cəmiyyət Materials 5 İyun 2014 16:47 (UTC +04:00)
Ərazisi qanunsuz tikililərdən təmizlənmiş "Dərnəgül" Elektrik Deposunda əsaslı tikinti işlərinə hazırlıq gedir. Bunu Trend-in sorğusuna cavab olaraq, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Bakı Metropoliteninin "Dərnəgül" Elektrik Deposunda əsaslı tikinti işlərinə hazırlıq gedir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Ərazisi qanunsuz tikililərdən təmizlənmiş "Dərnəgül" Elektrik Deposunda əsaslı tikinti işlərinə hazırlıq gedir. Bunu Trend-in sorğusuna cavab olaraq, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsini qanunsuz zəbt edən yerli sakinlər və məcburi köçkünlər 2 həftə əvvəl tamamilə ərazidən köçürülüb, onlar tərəfindən qanunsuz tikilən bütün evlər boşaldılaraq sökülüb: "Onlara sökülən tikinti materiallarının ərazidən daşınmasına da tərəfimizdən lazım olan bütün kömək göstərildi. Prosesin gedişində vətəndaşlarla aramızda heç bir insident yaşanmadı".

N.Paşayev bundan sonra deponun ərazisində hansı işlərin görüləcəyini də açıqlayıb: "Dərnəgül" Elektrik Deposu üçün ayrılan torpaq sahəsinin bir hissəsində lap əvvəllər də inşaat işlərinə başlanmışdı. Artıq indi orada digər binaların, yolların tikilməsi üçün hazırlıq işlərinə başlanılıb. Hazırlıq işləri bitən kimi həmin ərazidə inzibati və yardımçı binalar, perron, kommunikasiya xətləri və s. tikilib istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti