...

"Excelsior Hotel & Spa Baku" yay mövsümü üçün yeni aksiya elan edib

Cəmiyyət Materials 5 İyun 2014 19:18 (UTC +04:00)
"Excelsior Hotel & Spa Baku" yay mövsümü üçün yeni aksiya elan edib.
"Excelsior Hotel & Spa Baku" yay mövsümü üçün yeni aksiya elan edib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

1 iyun 2014-cü il tarixindən etibarən "Excelsior Hotel Baku" hoteli açıq hovuzun yay mövsümünü açıq elan edib.

Oteldə böyüklər və uşaqlar üçün hövuzlar var. Açıq hovuza giriş həftə içi günlər bir nəfər üçün 20 AZN və həftə sonu günlər isə 30 AZN təşkil edir. 6 yaşına qədər uşaqların böyüklərlə birlikdə hovuz ətrafına girişi pulsuzdur. Açıq hovuzun ətrafında çimərlik mebelləri və çətirlər yerləşdirilib.

Hovuz ətrafında olan "Green House" restoranı, kafe və bar qonaqlara ytürk və milli mətbəxin zəngin menyusu ilə xidmət göstərir. Hotel şəhərin mərkəzində olsa da, bu məkan gözəl, mənzərəli, sakit bir yerdir və avtomobillərin saxlanılması üçün ödənişsiz böyük dayanacağa malikdir. Burada bol əyləncə ilə dolu gözəl günlər keçirmək olar.

Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Ətraflı məlumat üçün "Excelsior Hotel & Spa Baku"nun 496-80-00 telefon nömrəsi ilə əlaqə saxlamq mümkündür. Hotel 1 "İmperial" - lyuks, "Royal" - lyuks, 4 "Crown" - lyuks , 45 "Heritage" - delyuks, 9 "Duke" - standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti