...

Azərbaycanda çimərlik həvəskarlarına şad xəbər

Cəmiyyət Materials 7 İyun 2014 11:02 (UTC +04:00)
Azərbaycanda çimərlik mövsümünə sabahdan etibarən rəsmən start veriləcək.
Azərbaycanda çimərlik həvəskarlarına şad xəbər

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda çimərlik mövsümünə sabahdan etibarən rəsmən start veriləcək. Bunu Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, iyunun 8-dən etibarən çimərlik mövsümünə rəsmən start veriləcək: "Çimərlik mövsümünün rəsmi açılışı sabah olacaq, amma artıq mayın 23-dən etibarən insanların dənizdə çimdiklərinin şahidi oluruq. Ona görə də mayın 23-dən başlayaraq gücləndirilmiş iş rejimində işləyirik".

Sektor müdiri qeyd edib ki, hazırda ölkə üzrə DSXX-nin 42 struktur bölməsi fəaliyyət göstərir: "Onların hamısı rəsmi çimərlik ərazilərində yerləşir. Düzdür, ölkədə əlavə çimərliklərin də yaradılması prosesi gedir. Bizim bölmələrimiz rəsmi qeydiyyatdan keçmiş çimərliklərə nəzarət edir, amma həmin çimərliklərdən kənarda hadisələr baş verən zaman bizim ən yaxın məntəqəmizdən dərhal həmin əraziyə operativ xilasedicilər qrupumuz göndərilir. Bizim inbati mənqətələrimiz rəsmi çimərliklərin ərazisində yerləşir və ilin 365 günü, günün 24 saatı növbətçilik iş sistemi ilə fəaliyyət göstərirlər. Yay mövsümündə isə növbətçilik yox, gücləndirilmiş iş rejiminə keçilir".

M.Piryev bildirib ki, xilasetmə məntələqələri su anbarı, kanal, göl ətrafında, əksəriyyəti isə Xəzər dənizinin sahilində yerləşir. Struktur bölmələrinin tərkibində "Şimal", "Cənub", "Bakı" və "Araz" adlı 4 dalğıc-axtarış qrupu da var. Xilasedicilər mütəmadi olaraq beynəlxalq kurslara göndərilir, təlim-məşq toplantılarına cəlb olunur. Bundan əlavə, FHN-nin Akademiyasında dalğıclar, xilasedicilər və s. hazırlanır. Eyni zamanda, texniki avadanlıqlar da hər il yenilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti