Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/
Xırdalanda mərkəzi prospektlərinin birində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, bu gün Xırdalanda Heydər Əliyev prospektində asfalt-beton örtüyünün dəyişdirilməsi ilə əlaqədar yol bağlanacaq.
Sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər.
Yolun bir həftəyə istifadəyə verilməsi nəzərdə tutulur.