...

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Masallı rayonunun Güllütəpə kəndində inşa edilmiş tibb məntəqəsi istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 13 İyun 2014 22:25 (UTC +04:00)
İyunun 13-də Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Masallı rayonunun Güllütəpə kəndində inşa edilmiş tibb məntəqəsi istifadəyə verilib.
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Masallı rayonunun Güllütəpə kəndində inşa edilmiş tibb məntəqəsi istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

İyunun 13-də Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Masallı rayonunun Güllütəpə kəndində inşa edilmiş tibb məntəqəsi istifadəyə verilib.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçirilmiş layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə "İnkişaf-2006" Sosial Dəstək İctimai Birliyi arasında 2013-cü il 13 sentyabr tarixində imzalanıb.

Masallı rayonunun Güllütəpə və qonşu beş kəndin sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyan layihədən 6 min 800 nəfərdən çox əhali faydalanacaqdır.

Tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takanaşi, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, "İnkişaf-2006" Sosial Dəstək İctimai Birliyinin sədri Füzuli Abıyev, Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmişlər.

Milli Məclisin deputatı Elmira Axundova qeyd etmişdir ki, Yaponiya hökuməti ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələri mövcuddur. Bu dostluğun təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycanda ilk məktəb binası məhz Masallı rayonunun Mollaoba kəndində inşa edilmişdir.

Məlumat verilmişdir ki, yeni layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 110 min 957 ABŞ dollarıdır.

Ümumilikdə isə, bu layihə də daxil olmaqla, Yaponiya hökuməti ilə 15 milyon 305 min 706 ABŞ dolları dəyərində 183 qrant müqaviləsi imzalanmışdır. Yaponiyanın Azərbaycana ayırdığı rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş istiqamətləri əhatə edir və bu yardımın ümumi məbləği 1 milyard ABŞ dollarını keçmişdir.

Tədbirdə çıxış edən kənd sakinləri, tibb işçiləri və ictimaiyyətin nümayəndələri ölkəmizdə yerli əhəmiyyətli sosial problemlərin həllinə göstərilən yardıma görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.

Mərasimdə Milli Məclisin Deputatı Nəriman Əliyev, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanis iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti