...

Toni Adams Azərbaycandakı qaçqın və məcburi köçkünlərin durumundan çox təsirlənib

Cəmiyyət Materials 19 İyun 2014 16:25 (UTC +04:00)
"Qəbələ" İdman Klubu prezidentinin müşaviri Toni Adams Böyük Britaniyanın "The Telegraph" qəzetinə verdiyi müsahibədə Azərbaycandakı qaçqın və məcburi köçkünlərdən söz açıb.
Toni Adams Azərbaycandakı qaçqın və  məcburi köçkünlərin durumundan çox təsirlənib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Səbinə Əhmədova/

"Qəbələ" İdman Klubu prezidentinin müşaviri Toni Adams Böyük Britaniyanın "The Telegraph" qəzetinə verdiyi müsahibədə Azərbaycandakı qaçqın və məcburi köçkünlərdən söz açıb.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, T.Adams "The Telegraph" qəzetinə müsahibəsində bildirib: "Mən 18 ay ərzində Azərbaycanda "Qəbələ" Futbol Klubunun baş məşqçisi kimi çalışmışam və ölkə haqqında müəyyən bilgilərim var. Orada əhalinin hər on nəfərdən birini məcburi köçkün və qaçqın təşkil edir. Düz təlim meydançasının yanında məcburi köçkün qəsəbəsi var idi. Bu mənə çox təsir etmişdi".

O, müsahibəsində Beynəlxalq Qaçqınlar Günü münasibətilə iyunun 27-də Londonun "York Hall Leisure Centre" arenasında boks üzrə keçiriləcək xeyriyyə matçı haqqında məlumat verib. Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi, T.Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı şəraitində baş tutacaq boks gecəsində "Qəbələ" İdman Klubunun boksçuları ilə İngiltərənin "Repton" (əsası 1884-cü ildə qoyulub) Həvəskar Boks Klubunun bidmançıları üzləşəcəklər. Xeyriyyə matçından toplanan vəsait azərbaycanlı qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.

T.Adams məlumat verib ki, "Repton"un şərəfini qoruyacaq boksçular arasında keçmiş dünya çempionu Frank Bruno və DBarker, həmçinin Co Koul və Qari Mabbutt kimi məşhur "qara əlcək" sahiblərinin adları yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti