...

Azərbaycanda birinci instansiya məhkəmələrinin maliyyələşdirilməsi üçün Məhkəmə-Hüquq Şurası rəy verəcək

Cəmiyyət Materials 20 İyun 2014 14:46 (UTC +04:00)
Azərbaycanda birinci instansiya məhkəmələrinin maliyyələşdirilməsi üçün Məhkəmə-Hüquq Şurasının rəyi alınacaq.
Azərbaycanda birinci instansiya məhkəmələrinin maliyyələşdirilməsi üçün Məhkəmə-Hüquq Şurası rəy verəcək

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda birinci instansiya məhkəmələrinin maliyyələşdirilməsi üçün Məhkəmə-Hüquq Şurasının rəyi alınacaq.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olmuş qanun layihəsinə əsasən, mövcud qanunun 90-cı maddəsinin sonuncu hissəsinə dəyişiklik edilib.

Qanun layihəsinə görə, birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınacaq.

Mövcud varianta görə isə müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müəyyən edilmiş hədlərdə məhkəmələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminatını vaxtında həyata keçirmək üçün zəruri tədbirlər görməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti