...

Beyrutun yaxınlığında baş verən partlayış nəticəsində daha 20 nəfər xəsarət alıb

Cəmiyyət Materials 24 İyun 2014 04:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Beyrutun yaxınlığında Livan ordusunun postu qarşısında terrorçu-kamikadze avtomobilinin partlaması nəticəsində daha 20 nəfər xəsarət alıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Livan "Əl-Manar" telekanalına xəbər verir.

Partlayış şiə məhəlləsinin girişi yaxınlığındakı postun bir neçə metrliyində baş verib, ora azarkeşlər futbol üzrə dünya çempionatının növbəti oyununa baxışa gəliblər.

Telekanalın məlumatına görə, terrorçunun 30 yaxın yaşı var idi və o, "suriya ləhcəsi ilə danışırdı".

Xəbər lenti

Xəbər lenti