...

Britaniya mediasında Azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu işıqlandırılıb

Cəmiyyət Materials 25 İyun 2014 10:31 (UTC +04:00)
Böyük Britaniyanın nüfuzlu "The Telegrapf" qəzetində dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini əks etdirən "Həyata keçməyən arzular" adlı foto sərgisinə dair müsahibəsi və foto sessiyasısı dərc edilib.
Britaniya mediasında Azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu işıqlandırılıb

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Böyük Britaniyanın nüfuzlu "The Telegrapf" qəzetində dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini əks etdirən "Həyata keçməyən arzular" adlı foto sərgisinə dair müsahibəsi və foto sessiyasısı dərc edilib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Ed Kaşi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəvəti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin didərginlik həyatlarını foto obyektivə almaq üçün Azərbaycanda səfərdə olub.

Fotoqraf "The Telegrapf" a verdiyi müsahibədə Azərbaycan qaçqın və məcburi köçkün problem ilə üzləşən ilk keçmiş Sovet ölkəsi olduğunu bildirib.

E.Kaşi vurğulayıb: "Qaçqınlar Ermənistandan, məcburi köçkünlər isə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan etnik azərbaycanlılardır."

Kaşinin sözlərinə görə, hazırda Azərbaycan dünya ölkələri sırasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdədir.

Müəllifin "Həyata keçməyən arzular" adlı fotosərgisi TEAS tərəfindən London və Brüsseldə təşkil olunub. Ötən həftədən etibarən isə Ümumdünya Qaçqınlar günü münasibətilə Parisdə sərgilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti