...

Azərbaycan yeni "Boeing" təyyarələrini alacaq

Cəmiyyət Materials 12 Avqust 2014 09:28 (UTC +04:00)
Daha əvvəl AZAL-ın ilk "Dreamliner"i 2014-cü ilin iyun-iyul aylarında, ikincisini isə noyabrda alacağı təxmin edilirdi.
Azərbaycan yeni "Boeing" təyyarələrini alacaq

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2015-ci ilin yazında "Boeing-787 Dreamliner" təyyarələrini əldə edəcək.

Bunu Trend-ə QSC-dəki mənbə deyib. QSC daha əvvəl "Boeing" şirkətindən qeyd edilən modeldən 2 təyyarə sifariş etmişdi.

Daha əvvəl AZAL-ın ilk "Dreamliner"i 2014-cü ilin iyun-iyul aylarında, ikincisini isə noyabrda alacağı təxmin edilirdi.

Mənbə qeyd edib ki, plana əsasən, təyyarələr ölkəyə qısa vaxt aralığı ilə 2015-ci ilin yazında gəlməlidir.

Hazırda AZAL-ın təyyarə parkı "Boeing 757-200", "Boeing 767-300", "Airbus 319", "Airbus A320", "Airbus A340-500", "Embraer ERJ 170-100LR" və "Embraer ERJ 190-100" avialaynerlərindən ibarətdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti