...

Azərbaycanda Müəllimlər Günü ilə əlaqədar pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcək

Cəmiyyət Materials 2 Oktyabr 2014 13:08 (UTC +04:00)
Azərbaycanda Müəllimlər Günü ilə əlaqədar məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcək.
Azərbaycanda Müəllimlər Günü ilə əlaqədar pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda Müəllimlər Günü ilə əlaqədar məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcək.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov özünün facebook sahifəsində bildirib ki, bu günlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır: "Təhsil Nazirliyinin mövqeyi belədir ki,bununla bağlı anonim olmadan nazirliyin 146 saylı qaynar xəttinə məlumat verilərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Təhsil həm də cəmiyyətin işidir!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti