...

Azərbaycanda Qurban bayramı münasibətilə məhkumlar üçün böyük tort kəsilib (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2014 12:46 (UTC +04:00)
Qurban bayramı münasibətilə Bakıdakı 1 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil olunub.
Azərbaycanda Qurban bayramı münasibətilə məhkumlar üçün böyük tort kəsilib  (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Qurban bayramı münasibətilə Bakıdakı 1 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında qeyd olunur.

Bu münasibətlə Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində geniş tədbir keçirilib.

Qurban bayramı münasibəti ilə Ədliyyə Nazirliyi və Penitensiar xidmət rəhbərliyinin təbrikləri xüsusi kontingentə çatdırılıb, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilib. Tanınmış müğənnilər Elton Hüseynəliyevin, Aysel Əlizadənin, Sevinc və Sevil Səfərova bacılarının, Gülay Zeynallının, Günay İbrahimlinin çıxışları məhkumlar tərəfindən maraqla qarşılanıb.

Bayram münasibəti ilə qurbanlar kəsilib, məhkumlar üçün bayram süfrəsi açılıb.

Tədbirdə Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov və Baş idarənin məsul əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti