...

Türkiyədə mədəndə xilasetmə işləri davam edir

Cəmiyyət Materials 30 Oktyabr 2014 13:26 (UTC +04:00)
Türkiyənin Karaman vilayətinin Ermenek şəhərindəki mədəndə dağıntılar altında qalmış mədənçilərin xilas edilməsinə çox az ümid qalır.
Türkiyədə mədəndə xilasetmə işləri davam edir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Karaman vilayətinin Ermenek şəhərindəki mədəndə dağıntılar altında qalmış mədənçilərin xilas edilməsinə çox az ümid qalır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, mədəndə xilasetmə işləri bütün sutka ərzində aparılır.

Qeyd edək ki, oktyabrın 28-də Ermenek şəhərindəki kömür mədənində süxurun dağılması, daha sonra isə mədəni su basması ilə nəticələnən qəza baş verib.

Hazırda mədəndə 18 işçi qalıb. Onların taleyi barədə hələlik heç nə məlum deyil.

Qəzanın baş verdiyi anda mədəndə 40-a yaxın işçi olub. Onların əksəriyyəti mədəni vaxtında tərk edə bilib.

Dağıntı və subasma 375 metr dərinlikdə baş verib. Xilasedicilər yerin altında qalmış 18 mədən işçisinin su basmamış bölmələrdə gizlənə bildiklərinə ümid edirlər. Su basmış mədəndə suyun hündürlüyü 50 metrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti