...

Yeni virus Apple qurğularına hücüm edir

Cəmiyyət Materials 6 Noyabr 2014 10:39 (UTC +04:00)
“Palo Alto Networks” şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri iPhone smartfonları, iPad planşetləri, Mac kompüterləri daxil olmaqla Apple qurğusuna hücüm edən kompüter virusunun aşkar edilməsi barədə xəbərdarlıq ediblər.
Yeni virus Apple qurğularına hücüm edir

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

"Palo Alto Networks" şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri iPhone smartfonları, iPad planşetləri, Mac kompüterləri daxil olmaqla Apple qurğusuna hücüm edən kompüter virusunun aşkar edilməsi barədə xəbərdarlıq ediblər. Trend xəbər verir ki, bu barədə TASS "The Financial Times" qəzetinə istinadən xəbər yayıb.

"WireLurker" adı verilmiş virus Apple məhsullarının yüz minlərlə istifadəçisinin qurğularını yoluxdura bilər. "Palo Alto Networks"-ün araşdırma hesabatında deyilir ki, virus Çin ərazisində iPhone smartfonlarının yeni versiyasının satışına başlanandan demək olar ki, dərhal sonra bu ölkədəki "Apple iCloud" buludlu xidmətinə bir sıra məqsədli hücumlar nəticəsində yayılıb.

"Palo Alto Networks"-ün məlumatına görə, kompüter və noutbuklara virus Çinin "Maiyadi" kənar əlavələr mağazasından yüklənən proqramlar vasitəsilə daxil olur. Virus bir qurğudan digərinə iPhone yaxud iPad USB naqil vasitəsilə yoluxmuş Mac kompüterinə qoşulduqda keçir.

Apple-dən kompüter virusunun yeni növü haqqında məlumatı operativ şərh edə bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti