...

"Uşaq hüquqlarının qorunması" mövzusunda seminar keçirilib

Cəmiyyət Materials 6 Noyabr 2014 18:55 (UTC +04:00)
Məlumat verildiyi kimi, “Uşaq hüquqları aylığı” çərçivəsində ölkənin şəhər və rayonlarında uşaq hüquqlarının qorunması və təbliği istiqamətində maarifləndirmə tədbirləri, "dəyirmi masa"lar, treninq-seminarlar, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində müsabiqələr keçirilir.
"Uşaq hüquqlarının qorunması" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Məlumat verildiyi kimi, "Uşaq hüquqları aylığı" çərçivəsində ölkənin şəhər və rayonlarında uşaq hüquqlarının qorunması və təbliği istiqamətində maarifləndirmə tədbirləri, "dəyirmi masa"lar, treninq-seminarlar, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində müsabiqələr keçirilir.

Növbəti belə tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı və Şəki Rayon İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 6-da Şəkidə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Uşaq hüquqlarının qorunması" mövzusunda təşkil edilmiş seminarda insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqları barədə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti