...

Gələcək hərbçilərə Ordumuzun döyüş nümunələri təbliğ olunur

Cəmiyyət Materials 1 Dekabr 2014 16:57 (UTC +04:00)
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.
Gələcək hərbçilərə Ordumuzun döyüş nümunələri təbliğ olunur

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Ərazi uğrunda gedən döyüşlərdə hərbi hissələrin göstərdikləri nümunələrin təbliği" mövzusunda tədbir keçirilib.

Tədbirdə liseyin kursantları, professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda döyüşlərdə həlak olan Vətən övladlarının əziz xatirəsini yad edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, döyüş əməliyyatlarının aparılması, əsgər və zabitlərin şücaəti, xalqımızın mübarizə ruhu haqqında görüş iştirakçılarına məlumat verib.

O, Kəlbəcər rayonu istiqamətində aparılan qanlı döyüşlər barədə xatirələrini bölüşüb, Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş insanların qəhrəmanlıqlarının, Qarabağın azadlığı, milli istiqlaliyyət yolunda həyatından keçən və şəhidlik zirvəsinə yüksələn vətən övladlarının adlarının həmişə tarixdə qalacağını vurğulayıb.

Çıxış edənlər belə tədbirlərin gənclərin mənəvi tərbiyəsində əvəzsiz olduğunu diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti