Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlkin İzzət/
Bu gün Bakının bir hissəsinə suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhər Səbail rayonu Neftçilər prospektindən keçən 500 mm-lik magistral su xəttində baş vermiş qəza ilə əlaqədar dekabrın 15-də gün ərzində Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.