...

Mətbuat Şurasının "Qaynar xətt"inə bələdiyyə seçkisi ilə bağlı müraciət daxil olmayıb

Cəmiyyət Materials 23 Dekabr 2014 14:15 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparmaqdadır.
Mətbuat Şurasının "Qaynar xətt"inə bələdiyyə seçkisi ilə bağlı müraciət daxil olmayıb

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Mətbuat Şurası bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparmaqdadır. Bu məqsədlə MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavini Umud Rəhimoğlu Binəqədi, Şuranın İdarə Heyətinin üzvlərindən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai rayonunun seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyəti ilə tanış olublar. Bu barədə Trend-ə MŞ-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hər hansı neqativ cəhət qeydə alınmayıb.

Mətbuat Şurasının "Qaynar xətt" rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon, (055) 201 99 26 və (050) 534 93 26 mobil nömrələri də saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır. Saat 14:00-dək səsvermə prosesini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb.

Qeyd edək ki, "Qaynar xətt" rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti