...

Yeni ildə qatarla səfərə çıxmaq istəyən sərnişinlərə şad xəbər

Cəmiyyət Materials 24 Dekabr 2014 10:31 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Yeni il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.
Yeni ildə qatarla səfərə çıxmaq istəyən sərnişinlərə şad xəbər

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycan Dəmir Yolları@ Qapalı Səhmdar Cəmiyyəti Yeni il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, bayram günlərində sərnişinlər rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin əməkdaşları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni illə əlaqədar gucləndirilmiş iş rejiminə keçəcək.

Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin Daşımaları Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.

Bundan əlavə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarı təyin olunub. Qatar 29 dekabr 2014-cü ildə Bakıdan Tbilisiyə, 3 yanvar 2015-ci ildə Tbilisidən Bakıya yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti