...

Musiqi məktəblərində kadr dəyişikliyi davam etdiriləcək

Cəmiyyət Materials 26 Dekabr 2014 12:10 (UTC +04:00)
"Azərbaycanda musiqi məktəblərinin fəaliyyətinə yenidən nəzər salınmalıdır və bu sahədə yeni idarəçilik üslubları olmalıdır".
Musiqi məktəblərində kadr dəyişikliyi davam etdiriləcək

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycanda musiqi məktəblərinin fəaliyyətinə yenidən nəzər salınmalıdır və bu sahədə yeni idarəçilik üslubları olmalıdır".
Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün 2014-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında cıxış edərkən deyib.

Nazirin sözlərinə görə, bu il musiqi məktəblərində bir neçə kadr dəyişikliyi olub və bu işlər yenə də davam etdiriləcək: "Yeni simalar, yeni idarəçilik üslubları olmalıdır. Söhbət ondan gedir ki, musiqi təhsili verən məktəblərə bizim tərəfimizdən gündəlik nəzarət olunmalıdır".

Ә.Qarayev bildirib ki, ölkə Prezidenti bu il Bakı Xoreoqrafiya Akademiyası və Turizm və Menecment Universitetinin yaradılması haqqında sərəncam verib. Hər iki təhsil müəssisəsinin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olmasını onlara göstərilən xususi diqqət kimi dəyərləndirən nazirin sözlərinə görə, artıq akademiyanın yaradılması üçün Bakı Xoreoqrafiya Məktəbinin binasının yenidən qurulması məqsədi ilə müvafiq tapşırıqlar verilib.

Ә.Qarayev turizm sənayesi üzrə kadr hazırlığının da onlara həvalə edilməsini nazirliyə göstərən xüsusi diqqət kimi dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti