Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Şəmkir Rayon Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının bayram günlərində keçirdikləri reydlər zamanı 100-dən çox inzibati protokol tərtib edilib, 10 sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən olunub.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, reydlər zamanı bəzi sürücülər yol polisinin tələbinə məhəl qoymayıblar.
Yol polisləri bu dəfə də əsasən sərxoş və sənədsiz sürücüləri hədəf seçiblər. Əksər hallarda isə sərxoş sürücülər həkim müayinəsinin nəticəsi ilə razılaşmaq istəməyiblər.
Reydlər zamanı avtomobilin konstruksiyasında dəyişiklik, qanunla qadağan edilən pərdə və plyonkadan istifadə edən xeyli sayda sürücünün avtomobili cərimə meydançasına aparılıb.