...

"Azerspace 1"-in resursları seysmik araşdırmalara cəlb ediləcək

Cəmiyyət Materials 11 Yanvar 2015 11:00 (UTC +04:00)
"Azerspace 1"-in resursları "Robust Noise Monitoring" (RNM) monitorinq sistemlərinin diaqnostikası və idarə edilməsi stansiyaları arasında məlumatların mübadiləsi üçün cəlb ediləcək.
"Azerspace 1"-in resursları seysmik araşdırmalara cəlb ediləcək

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

"Azerspace 1"-in resursları "Robust Noise Monitoring" (RNM) monitorinq sistemlərinin diaqnostikası və idarə edilməsi stansiyaları arasında məlumatların mübadiləsi üçün cəlb ediləcək. Bu barədə Trend-ə AMEA-nın İdarəetmə Sistemləri İnstitutundan məlumat verilib.

İnstitut Azərbaycanın peyk operatoru "Azerkosmos" MMC ilə əməkdaşlıq imkanlarına baxır və bu əməkdaşlığın detalları müvafiq sazişin imzalanmasından sonra məlum olacaq.

Hazırda monitorinq sistemi stansiyalarının arasında informasiya mübadiləsi üçün Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə hazırlanmış xüsusi proqram təminatından (PT) istifadə olunur. PT seysmo-akustik siqnalların bilavasitə institutun serverinə ötürülməsini təmin edir.

Xəbər lenti

Xəbər lenti